Aparıcı və aktyor Cövdət Şükürovun qızı ürək əməliyyatı keçirib.
OLAY yazır ki, bu barədə aktyor sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, hazırda qızının vəziyyətinin yaxşı olduğunu bildirib:
“Dünən gözəl qızım ürəyindən əməliyyat oldu. Şükür Allaha hər şey yaxşı oldu, amma əməliyyat bitənə kimi ömrümdən 20 ilim getdi deyə bilərəm... Həyatımın ən çətin günündə yanımda olan hər kəsə təşəkkür edirəm, unutmayacam! Allah hər kəsin övladına qorusun”.
Qeyd edək ki, Cövdətin bir qız və oğul övladı var.