Olay
Olay

“Təki yanımda olasan, məndən inciyəsən”

“Təki yanımda olasan, məndən inciyəsən”

Müğənni Azad Şabanov xanımı Tamilla ilə bağlı paylaşım edib.

OLAY yazır ki, ifaçı instaqramda həyat yoldaşının doğum günü münasibəti ilə təbrik yazıb:

“Mənim arzum idin və gerçək oldun. Bizim arzularımız birdir və qismətin payı ilə öz yerinə gəlir. Hər uğurumuza və çətinliklərimizə şükür. Təki sən yanımda sağlam olasan, diqqətimi gözləyəsən, arada məndən inciyəsən.  

Fikirlərimi, hər baxışımı bilənim, məni hamıdan yaxşı tanıyan gözəlim. Mənim incə zərif qızım, üzün həmişə gülsün, gözlərin daima parıldasın. Xoşbəxt ol. Ad günün mübarək ,sevgim”.

Qeyd edək ki, Azad və Tamilla ilə 2019-cu ildə ailə qurub. Onlarin bu nikahdan iki oğlan övladı dünyaya gəlib.