Olay
Olay

Kəlbəcərdə konsert verən Coniyə sərt tənqid

Kəlbəcərdə konsert verən Coniyə sərt tənqid

Aparıcı Turanə Hüseynli Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Conini (Cahid Hüseynli) sərt tənqid edib.

OLAY yazır ki, Turanə Coninin Kəlbəcərdəki konsertindən video paylaşaraq bu sözləri yazıb:

“Vətənin keşiyində duran qardaşları ilə qürur duydu Vətən müharibəsi dönəmində erməni dinləyicilərini itirməmək üçün heç bir paylaşım etməyən, millətinin haqq səsini çatdırmaq naminə barmağını belə tərpətməyən Coni. Var ol, ay “brat”. Biz səni unutmadıq. Bəlkə də unutduq. Bilmirəm”.

Xatırladaq ki, Coni sosial şəbəkə istifadəçiləri və həmkarları tərəfindən tənqid olunduqdan və yalnız müharibə bitdiyi gün - 10 noyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi ilə bağlı paylaşım etmişdi. O, “Azərbaycan tarixinə düşmüş bir tarix! Şəhidlərimizin və analarının qarşısında baş əyirəm. Siz Azərbaycanımızın qəhrəmanlarısınız! Şəhidlər ölməz, Vətən bölünməz! Xalqımı ürəkdən təbrik edirəm, 30 illik həsrət bitdi”, - deyə, paylaşımda bildirmişdi.