Olay
Olay

Rəvanın adından dələduzluq edilir

Rəvanın adından dələduzluq edilir

“Manpası” radio şousunun aparıcısı Rəvan Bağırovun adından dələduzluq edilir.

OLAY yazır ki, bu barədə o, özü məlumat verib. Əvvəlcə fotosundan istifadə edilərək instaqram profilləri açıldığını deyən aparıcı, daha sonra bu hadisənin “Telegram”a da sirayət etdiyini bildirib.

“İndi də keçdilər “Telegram”a. Kimsə şəkilimdən profilində istifadə edib, kripto valyuta al-veri aparır. Xəbərdar edirəm ki, bu profilin mənə aiddiyyəti yoxdur. Bunu edənlərdən özünüzü qoruyun”, - deyə, Rəvan yazıb.