Olay
Olay

İmic qalmaqalına reaksiya: “Röya düşmənim deyil”

İmic qalmaqalına reaksiya: “Röya düşmənim deyil”

Xalq artisti Röya Ayxan paylaşdığı yeni fotolarla növbəti dəfə gündəmi zəbt edib. 

OLAY yazır ki, pop ulduzun qara qısa saç görüntüsü verən parikdəki imici ilə eyni gündə ATV-də qonaq olan müğənni Səidə Sultanla eyni olması barədə instaqramda fikirlər yazılıb. 

İddia olunub ki, Röya Ayxan Səidəni təkrarlayıb. Bildirilir ki, S. Sultan həmin obrazda efirdə olduğu zaman artıq R. Ayxan yeni layihəsinin çəkilişində yer alıb və obrazı bir neçə gün əvvəl hazırlanıb.  

S.Sultan bu gün isə MTV-də yayımlanan “Onda görüşək” verilişində qonaq olub. O, mövzu barədə danışaraq, Röyanın sözügedən fotosunu xoş qarşıladığını deyib:

“Maraqlı gəldi. İnsanlıq halıdır, ola bilər. Bəlkə bilməyərəkdən və bilərəkdən ola bilər. Mən kimsə ilə düşmən deyiləm. Hamımız bir millətik, doğmalarım, əzizlərimdir. Bəzi insanlar  var ki, ortada özləri düşmənlik yaratmağa çalışırlar. Mənim xoşuma gəldi”.