Olay
Olay

Qəza yerinə gələn oğlunu “artist” adlandırdı

Qəza yerinə gələn oğlunu “artist” adlandırdı

Bodrumda ağır yol qəzası keçirən İbrahim Tatlıses hadisə yerinə ilk özünü çatdıran, məhkəməlik olduğu oğlu Ahmet Tatlıses haqqında danışıb.

OLAY yazır ki, Tatlıses oğlu ilə hələ də barışmadığını vurğulayıb.

“Heç kimlə barışmamışam. Gecə harada idi bəs? Niyə konsertimə gəlmədi. Sabahı gün səhər yeməyində hamımız bir yerdə idik, o harad idi? Artist kimi gəldi, özünü göstərdi, getdi”, - deyə, sənətçi bildirib.

Qeyd edək ki, ifaçının oğlu ilə məhkəməlik olmasına səbəb güllələndiyi gün Ahmetin kassasını boşaltdığını açıqlaması olub. Bunun ardınca, Ahmet atasının psixoloji sağlamlığının pozulduğunu bildirərək, mülklərinə nəzarət edilməsi üçün bir nəfərin təyin olunmasını tələb edib.