Fotosessiya
Fotosessiya

Tatlısesin mal varlığına məhdudiyyət!

Tatlısesin mal varlığına məhdudiyyət!

“İmparator” ləqəbli müğənni İbrahim Tatlısesin böyük oğlu Ahmet Tatlıseslə məhkəməsi nəticələnib.

OLAY yazır ki, hakimin qərarına əsasən Tatlısesin mal varlığına məhdudiyyət qoyulub.

Belə ki, o, ötən günlərdə böyük oğlu və keçmiş xanımı Adalet Sara ilə bağlı qalmaqallı açıqlamalar verib. Sənətçi oğlunun güllələndiyi gün kassasını boşaltdığını açıqlayıb.

Bunun ardınca, Ahmet atasının psixoloji sağlamlığının pozulduğunu bildirərək, mülklərinə nəzarət edilməsi üçün bir nəfərin təyin olunmasını tələb edib.