Olay
Olay

Ərdoğandan Gülşen hadisəsinə reaksiya

Ərdoğandan Gülşen hadisəsinə reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ad çəkmədən Gülşenin həbsinə səbəb olan sözlərə işarə edərək açıqlama verib.

OLAY yazır ki, Ərdoğan açıqlamasında belə qeyd edib:

“Son günlərdə millətimizin ən böyük gücü olan qardaşlığa qarşı təxribatların çox ciddi həddə çatdığını, ibadət yerlərimizin və imam hatiplərimizin hədəf alındığını görürəm. Millətimizin müqəddəs dəyərlərini təhqir edənlər həm vicdan qarşısında, həm də qanun qarşısında cavab verməkdən xilas ola bilməyəcəklər”.