Amerikanın Xarici İşlər Nazirliyi Gülşenin həbsi ilə bağlı açıqlama yayıb.
OLAY yazır ki, açıqlamada belə qeyd olunub:
“ABŞ Türkiyədə ifadə azadlığını məhdudlaşdırmaq üçün keçirilən məhkəmə formasından narahatdır. Biz Türkiyəni ifadə azadlığına hörmət etməyə çağırırıq”.
Xatırladaq ki, Gülşen konsertlərindən birində musiqiçisini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə, zarafat edib.
Gülşenin bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib. Tvitterdə #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib. Səhəri gün isə müğənni həbs olunub.