Olay
Olay

Ən böyük xəyalı bu imiş

Ən böyük xəyalı bu imiş

“Ən böyük xəyalım odur ki, Azərbaycan dilində oxuduğum mahnımı bütün dünya əzbər bilsin”.

OLAY yazır ki, bu sözləri müğənni Hiss “Nargis” jurnalına müsahibəsi zamanı bildirib.

İfaçı pərəstişkarları ilə bağlı ən çılğın xatirəsini də bölüşüb:

“Mənim fanlarım da özüm kimi dəlidir. Türkiyədə olanda iki nəfər pərəstişkarım məni küçədə görüb, arxamca düşmüşdü. Mən bloka girib evə daxil olanda onlar da arxamca girib, bütün qapıları döymüşdü ki, hansı qapını mən açacam. Bir qapını döydülər və mən açdım, biz tanış olub şəkil də çəkdirdik. Bu mənim üçün maraqlı hadisə idi. Azərbaycanda baş versəydi, normal qarşılayardım. Ancaq Türkiyədə olması məni daha da həvəsləndirdi”.

 Müğənni, həmçinin, insanlarda ən çox səmimiliyə dəyər verdiyini qeyd edib:

“Qarşı tərəf səmimi olduqda artıq ona necə reaksiya verəcəyimi bilirəm. Buna görə də insanın səmimi, empatik və dürüst olmasına qiymət verirəm”.

Bakıda ən çox sevdiyi məkanın öz evi olduğunu vurğulayan Hissin sevmədiyi xüsusiyyəti isə səbrsiz olmasıdır:

“Bu xüsusiyyətimi sevmirəm. Ancaq bəzən səbrsiz olmağım məni uğura daha tez çatdırır. Ümumiyyətlə, mənim üçün ən qiymətli şey zamandır. Əslində, hamı üçün belədir, sadəcə bəziləri bu indi başa düşür, bəziləri 60 yaşında…”