Azərbaycanın tanınmış əkiz müğənnilləri Sevil və Sevinc Səfərova Rusiyada nikahdankənar dünyaya gələn bacısı barədə açıqlama verib.
OLAY yazır ki, bu mövzuda onlar instaqramdakı hesablarından məlumat paylaşıblar. İzləyici ilə sorğu-sual edən iki məşhur sima “başqa bacınız var?” sözlərinə belə cavab verib:
“Doğrudur, Rusiyada yaşayır. Kimin Rusiyada övladı yoxdur ki? Xoşqədəm xanım (Aparıcı Xoşqədəm Hidayətqizi – red) axtarışa çıxsa, əhalinin sayı artar”.