Olay
Olay

Güneldən Gülşenə dəstək!

Güneldən Gülşenə dəstək!

Azərbaycanlı müğənni Günel Zeynalova həbs olunan, türk həmkarı Gülşenə dəstək olduğu üçün tənqid edilib.

OLAY yazır ki, bununla bağlı o, instaqramda paylaşım edib.

Günel ünvanına yazılan iradlara cavab verib:

“Mənə Gülşeni paylaşdığım üçün yazanlar olub. Onun uğursuz açıqlamasını dəstəkləmədim. Bir sənətçi dostumun həbs olunacaq qədər ağır cinayət törətmədiyini və üzr istəməyinə baxmayaraq tutulduğu üçün yanında olduğumu dedim. Homoseksual, ya da dinimizi təhqir etdiyini yazırsınız. Mən Allahımı sevən, dinimə və bütün dinlərə sayğı duyan bir insanam. Biz təəssüf ki, çox da sevə bilmədiyimiz dünyada və hər şəkildə, hər şeylə, hər kəslə birgə yaşayırıq. O zaman bütün homoseksuallar və ya günahlandırdığınız, utandığınız şəxslər cəza alsın. Bəs o qədər qadın öldürülür, uşaqlara təcavüz edilir. Onlar niyə əllərini-qollarını sallayaraq gəzirlər? Etməyin, Allah eşqinə!”.