Türkiyənin pop ulduzu Gülşenin həbsindən sonra sonuncu “Lolipop” mahnısı sosial şəbəkələrdə viral olub.
OLAY yazır ki, söz və musiqisi sənətçinin özünə məxsus olan mahnıda səsləndirilən “Kabuslarımın sahibi, oyna hisslərimin qatili, əgər sənin qollarındırsa cəza evi, mən yataram”, - misra ən çox paylaşılan olub.
Bundan əlavə, Gülşenin klipində yer alan həbsxana səhnəciyi də izləyicilər tərəfindən müzakirə edilib.
Həmçinin, sənətçinin həbsinə həmkarlarından da reaksiya gəlib. Ona dəstək olan ilk sənətçilər Sıla, Hadise, Mor və Ötesi qrupunun solisti Harun Tekin və illərdir qalmaqal yaşadığı müğənni Hande Yener olub.
Siyasətçilər, müxalif partiya liderləri də ifaçıya dəstəyini nümayiş etdirir, bu ilin aprel ayında çəkilən videonun bu günlərdə gündəmə gətirilməsinin planlı şəkildə olduğunu iddia edir.