Olay
Olay

Talehə ssenarisi üçün pul lazımdır

Talehə ssenarisi üçün pul lazımdır

“Neçə vaxtdı bir ssenarinin üstündə ilişmişəm, yerindən tərpədə bilmirəm. Bəzən belə hallar olur. Bir əhvalatı bitirmək günlər, aylar çəkir”.

OLAY yazır ki, bu sözləri aktyor-ssenarist Taleh Yüzbəyov instaqramda paylaşdığı videoda deyib.

O bildirib ki, həmin ssenarini ötən ildən yazmağa başlayıb:

“Yarımçıq saxladım, başqa istiqamatə apardım. Amma yenə qayıtdım. Absurd janrdadır, adı “Xoşbəxt adamın faciəsi”dir. Hazırda iki ssenarim var. Birini çəkmək üçün həvəsim yoxdur, digəri üçün isə çoxlu pul lazımdır. Bu ssenariyə çox inanıram. Çoxdandır nəsə etmirəm. Axırıncı dəfə film çəkmişik, sonra isə reklamlar oldu. Öz işlərimdən heç nə etməmişəm”.