Olay
Olay

“Qaçqınlıq qanıma işləyib”

“Qaçqınlıq qanıma işləyib”

Müğənni Xuraman Şuşalı TikTok-un canlı yayımında istirahət mərkəzlərinin birindəki restoranda olduğunu, sifariş verib yemədikləri qidaları özüylə aparacağını bildirib.

OLAY yazır ki, ifaçı ona şərh yazan izləyicilərə bununla bağlı açıqlama da verib:

“Pul vermişəm, burada niyə saxlamalıyam? Uşaqlar xəstədir, deyirəm, bəlkə birazdan bir tikə verərəm, yeyərlər. Yenə də ekonomiyadır. Yoldaşım deyir ki, bəsdir də qaçqın həyatı yaşadın, qaçqın deyilsən axı... Deyirəm, qaçqınlıq artıq qanıma işləyib”.

Qeyd edək ki, Şuşalının 4 övladı var.