Olay
Olay

Faciədən 9 ay sonra ayaq üstə

Faciədən 9 ay sonra ayaq üstə

Reper PRoMete (Pərviz İsaqov) ötən il ayağını itirən anası ilə bağlı paylaşım edib. 

OLAY yazır ki, sənətçi valideyni ilə fotolarını paylaşaraq onun artıq ayaqüstə dura bildiyini deyib. 

“Anam 9 aydan sonra ayaq üstədir, özü gəzir”, - deyə, reper bildirib. 

Qeyd edək ki, reperin anasının başına bu hadisə ötən ilin noyabrında gəlib. Güclü külək nəticəsində binanın həyətindəki ağac sənətçinin anasının üzərinə aşıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Onun ayağı topuqdan aşağı kəsilib.