“Vicdan Haqqı” serialı ilə ulduzu parıldayan aktrisa Ülviyyə Xəlilbəyli son paylaşımı müzakirə yaradıb.
OLAY yazır ki, o, ötən gün iştirak etdiyi toy məclisindən foto çəkdirərək bir milyona yaxın izləyicisi olan instaqram hesabında paylaşıb.
Ötən ilin sentyabrında ana olan Ülviyənin xarici görünüşündəki dəyişiklik diqqətdən yayınmayıb.
İnstaqram istifadəçiləri onun hamilə olduğunu iddia ediblər. Ü. Xəlilbəyli isə verilən sualları cavabsız qoyub.
Qeyd edək ki, Ülviyə aktyor Murad İsmayıllı evlidir.