2009-cu il “Avroviziya” təmsilçimiz Aysel Teymurzadəyə qarşı dələduzluq edilib.
OLAY yazır ki, bu barədə Aysel instaqram hesabında məlumat paylaşıb.
Teymurzadə onun adından investisiyalar üzrə saxta videokurs səhifələrinin açıldığını bildirərək izləyicilərinə xəbərdarlıq edib.
“Bunlar fırıldaqçılardır, mənə heç bir aidiyyatı yoxdur”, - deyə müğənni vurğulayıb.