Olay
Olay

Xanımından Azada ad günü təbriki

Xanımından Azada ad günü təbriki

Müğənni Azad Şabanovun 31 yaşı tamam olub. 

OLAY yazır ki, bu münasibətlə sənətçini xanımı Tamara instaqramda təbrik edib. 

O, Azadın fotosunu paylaşaraq bu sözləri yazıb:

“Səninlə necə fəxr etdiyimi bilirsən. 31 yaşında nəinki hamının sevimli sənətçisi, daha artığısan. Sən tanıdığım ən istedadlı və iradəli insanlardan birisən. Bu günə qədər müəllimlərinə necə təşəkkür və hörmət etdiyini görürəm. Bu qiymətsizdir. Axı sən özün də müəllimsən. Kimisi üçün musiqidə, kimisi üçün həyatda. Səndən öyrənəcək çox şey var. İllər boyu qazandığın hörməti heç nə ilə müqayisə etmək olmaz. Allah səni və gözəl səsini qorusun. Hər şey onun izni ilə ürəyin istəyən kimi olacaq. Əgər alınmasa, bu da onun məsləhətidir. Yarat! Həmişə səni səmimi sevənləri sevəcəyəm”.

Azad isə həmin paylaşımı “Evimin ocağı, ürəyimin ilham verəni” şərhi ilə instaqramda yerləşdirib.