Olay
Olay

Məşhur mahnının ifaçısı saxlanıldı

Məşhur mahnının ifaçısı saxlanıldı

“Halım bombadır” mahnısı ilə populyarlaşan ifaçı İlkin Hüseynli saxlanılıb.

OLAY yazır ki, narkotik maddələri təbliğ edən musiqili videolar paylaşan İlkinin üzərinə baxış zamanı marixuana aşkar olunub.

O, məhkəmənin qərarı ilə məcburi müalicə üçün Narkoloji Dispanserə yerləşdirilib, araşdırmalar davam edir.

Qeyd edək ki, sözügedən şəxs sosial şəbəkələrdə İlkin Çərkəzoğlu adı ilə tanınır.