Müğənni Xatirə İslam şort qadağası ilə bağlı paylaşım edib.
OLAY yazır ki, çəkilişdə olan sənətçi bu haqda video çəkib.
Həmin kadrlarda Xatirə “Uşaqlarımız deyir ki, hava istidir şort geyinmək istəyirik. Amma geyinə bilmirik”.
Sənətçinin yanıdakı bəylərdən biri “Şort geyindiyim üçün bir xala məni marketdən qovdu”, - deyə, bildirib. Bundan sonra Xatirə “Elə şey olar? Bütün Bakı şort geyinir” cavabını verib.
Qeyd edək ki, bir müddət əvvəl “Meyvəli bazar”da bəylərin şortla girişinin qadağan olunduğu məlum olmuşdu.