Aktyor Elşən Orucov “Bozbash pictures”in bağlanması ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə sənətçi “Özəl” verilişində qonaq olarkən danışıb.
Elşən aparıcı Kazım Sübhanın ““Bozbash pictures” niyə bağlandı” sualını cavablandırarkən layihənin bağlanmadığını, özlərinin qərarı ilə dayandırmaq qərarına gəldiklərini vurğulayıb:
“Bağlandı yox, dağıldı. Bunu hamı məndən soruşub. İlkin və başqaları verilişimdə qonaq olub. Biz Azərbaycanda hər yerdə çəkiliş etdik. Fikirləşdik ki, saxlamağın vaxtıdır. Danışdıq və saxladıq. Biz görüşürük də, müzakirələr də edirik. Düzdür arada eşidirəm deyirlər, münasibətlər dağılıb. Amma biz veriliş üzərindən tanışlıq qurmamışıq ki, ondan sonra da kəsilsin. Biz ondan əvvəl dostluq qurmuşuq, buna görə də bitməsi mümkün deyil”.
Həmçinin, Elşən 2-3 il “Bozbash pictures”dən pul qazanmadıqlarını da etiraf edib.