“Xarici səfərlərin bir çox özəllikləri var. Gəzrisən, baxırsan, görürsən, yeni mədəniyətlər, yeni ənənələr, yeni memarlıq, yeni mətbəxlər və s. Təpənə bir şlyapa taxıb düşürsən “Əcnəbistan”ın canına. Dünya görüşün, bililklərin artır, müqayisələr edirsən, tam fərqli yaşam tərzi və davranışla tanış olursan. Lakin xarici səfərlərin daha bir mühim özəlliyi ondan ibarətdir ki, özünü daxilən sərbəst insan kimi hiss edirsən”.
OLAY yazır ki, bu sözləri sosial şəbəkə hesabında aaprıcı Azər Qərib paylaşıb.
O, fikirlərinə bunları da əlavə edib:
“Heç kimin sözünə, kinli baxışına, ayaqdan başa qədər süzməyinə, arxanca pıç-pıça məruz qalmırsan, heç düşünmürsən də bu haqda. “Nırç-nırç” edib başını bulayan da olmur heç, belə də dərd olar. Xaricin daha bir xüsusiyəti budur, sən onların heç vecinə də deyilsən. Saçın yaşıl rəngdədir, geyiminə Allah özü kömək olsun, gedəndə dal-dalı gedirsən, səni tərəfə heç dönən də olmayacaq. Küçədə “dombalaq” aşsan belə veclərinə olmayacaq. Dombalaqdır da, könlü belə istəyir. İşi-gücü qurtarıb öz vaxtını sərf edib səni müzakirə etsin votsapda.
Məsələn, mən burada qırmızı şalvar geyinib Tarqovıya çıxa bilmərəm. Yaxud şort geyinib konsertə getmərəm. Orada isə qırmızı şalvar geyinməyə adamın heç həvəsi olmur, arxanca dönüb baxan yoxdursa, nə mənası. Məsələ onda deyil ki, məni tanıyan yoxdur və bu səbəbdən rahatam, əsla. Olanlar bilir, oralara çatanda yaşından, işindən, vəzifəsindən və asılı olmayaraq sanki daxili tabularını, qadağalarını məhv edib özünü başqa cür hiss edirsən. “Hurrey” filan. Kim bu sərbəstliyi necə görür, o artıq onun daxili mədəniyətindən və etikasından asılıdır, bunu demirəm.
Sadəcə dediyim odur ki, xarici səfərə çıxanda heç bir mənada boğmayın özünüzü. Buraxın streotipləri, bu səfərinizi yalnız dənizə-mənizə deyil, özünüzə sərf edin, bu şansı qaçırmayın, istifadə edin fürsətdən. Ömür boyu küçədə durub uca səslə mahnı oxumağı arzulamısan? Çıx oxu. Lap stulu altına qoyub nağara da çal. Yaxşı oxusan hələ 5-10 avro qabağa düşə bilərsən, amma pis oxusan fit çalan olmayacaq. Çünki sən onların heç vecinə də deyilsən”.