Müğənni Zamiq Hüseynov formada qalmasının sirrlərini bölüşüb.
OLAY yazır ki, o bu barədə instaqram səhifəsində video paylaşıb.
Paylaşımında onun gün ərzində qəbul etdiyi qida rasionu və idman rutini yer alır. Artıq illərdir ki, belə sağlam qidalandığını bildirən müğənni ən sevdiyi şeyin səhər idmanından sonra səhər yeməyi qəbul etmək olduğunu qeyd edib və izləyicilərini də bu cür sağlam qidalanmağa və idmanla məşğul olmağa səsləyib.
Onun sağlam həyat tərzi izləyiciləri tərəfindən olduqca bəyənilib.