Olay
Olay

“Səhnəyə elə qaçdı ki, qorxdular”

“Səhnəyə elə qaçdı ki, qorxdular”

Xalq artisti Nazpəri Dostəliyeva başına gələn maraqlı hadisədən danışıb.

OLAY yazır ki, o, bu barədə “Günün sədası” proqramında açıqlama verib.

“Bütün konsertlərimdə cangüdən olub. Bu da konserrtin gedişatı üçündür. Məsələn, fanatlar var ki, özlərini saxlaya bilmirlər. Heç yadımdan çıxmaz. Zaqatalada bir oğlan fanatım aşağıdan səhnəyə elə hoppandı ki... Cangüdənlər də bilmədi, nə üçün gəlir, o qaçdı, qorxdular ki, mənə xətər yetirər. Musiqiçilər də yaxınlaşdı ki, ay oğlan olmaz. O zaman da uşağın halı dəyişdi, təcili yardım gəldi. Mən zədələnsəm, o sevgidən olan zədə olsun. Razıyam”, - deyə, müğənni bildirib.