Olay
Olay

Nihat Doğanın xanımı azərbaycanlıdır?

Nihat Doğanın xanımı azərbaycanlıdır?

Türkiyənin tanınmış müğənnisi Nihat Doğanın toyu olub.

OLAY yazır ki, o, iranlı, hamilə sevgilisi Arzu Doğan ( Arezoo Gharlar) ilə nikah bağlayıb.

Bu barədə Nihat özü də açıqlama verib.

“Əslində dini nikahımız var idi. Toy edəcəkdik, amma əmimin xanımını itirdik, ona görə təxirə saldıq. Xanımımın hamilə olması səbəbi ilə indi rəsmi nikah bağladıq. Onu evliliyə razı salmaq üçün İrana getmişəm.

Razı olması üçün çox çalışdım. Anamla birlikdə gedib ailəsindən istədik. Dostlarım xəbərsiz evləndiyim üçün inciyib. Lakin uşaq üçün tezləşdirmək istədik. İnşallah daha böyük toy məclisi quracağıq”.

Qeyd edək ki, Nihatın İrandan olan xanımının cənubi azərbaycanlı olması ilə bağlı iddialar var. Lakin mətbuatda bu haqda hansısa məılumat yer almayıb. Onun İranın hansı bölgəsindən olduğu məlum deyil.  A. Doğanın instaqram hesabı da gizlidir.