Olay
Olay

Qızına mənfi rəy yazanlara cavab verdi

Qızına mənfi rəy yazanlara cavab verdi

Bloger cütlük Fatimə Əhmədova və Ülvi Mustafayev paylaşdıqları videoya görə tənqid olunub.

OLAY yazır ki, onlar 3 yaşlı qızları Sofianı uşaq bezi reklamı üçün videoya çəkib. Cütlüyün səhifəsində paylaşılan videoya bir çoxu irad bildirib.

Fatimə həmin rəylərə cavab verib:

“Niyə bəziləri özünü ağıllı hesab edir? Mən qızımı sərbəst böyüdürəm. Psixoloq deyir ki, 3 yaşına qədər bezdən çıxmağa məcbur etməyin, hazır olanda edin. Səhv də, düz də olsa, bu, mənim seçimimdir. “Uşaq belə məntiqlidirsə, niyə uşaq bezini tərgitmir?”, “Danışırsa, niyə tualetə ehtiyacı olanda özü demir?”. Bəsti də! Bu ağlı öz həyatınızda istifadə etsəz, indi burada uşaq barədə artıq şeylər yazmazdız. Sizin məntiqini yarğıladığınız bu uşağın 3 yaşı dünən olub. Amma 50-ə qədər saya bilir, ingilis və rus dillərində 10-a qədər sayır. Rəqəmləri yazılı tanıyır və başqa şeylər... Siz bizə önəm verdiyiniz qədər, ağıla diqqət etsəz, bir çox uşağımız təhsilli olardı”.