Olay
Olay

“Səsim batandan sonra dedim, yaxşı ki, belə oldu”

“Səsim batandan sonra dedim, yaxşı ki, belə oldu”

Müğənni Zamiq Hüseynov sevilən sənətkar Akif İslamzadə ilə fotolarını paylaşıb. 

OLAY yazır ki, Zamiq İslamzadə ilə görüşündən fotolarını instaqramda yerləşdirib.

“Sadə bir axşam yeməyi, amma bir axşama , bir gecəyə sığmayan düşüncələr, fikirlər, hörmət, sevgi, müdriklik, alicənablıq, böyüklük, zövq və sairə … Adi bir axşam yeməyi belə olsa, müdrik, zəkalı insanlarla zaman keçirəndə anlayırsan ki, zaman, vaxt, hər an önəmlidir. Baxır kimlə zaman keçirirsən! Bəzən oturduğun süfrədə barmaq qoymağa yer olmur, bir-birilərinə təriflər, təkəbbürlü insanlar. Amma evə gələndə fikirləşirsən ki, mən necə də mənasız bir zaman keçirdim ! Odur ki oturduğun yer , məkan , bəzən yediyin yeməklər belə manasız olur mənasız insanlarla”, - deyə, Zamiq bildirib.
O həmçinin A. İslamzadənin bu fikirlərini də qeyd edib:

“Bir sözü heç vaxt yadımdan çıxmayacaq, dedi ki , səsim batanda çox narahat oldum, çox ozümə qapandım, çox pis idim … Amma zaman keçdi dedim ki , yaxşı ki belə oldu! Mən anladım və gülümsədim. O, demək istədi ki, Allah hər insana öz işini zirvədə buraxmağı nəsib etsin”.