Olay
Olay

Faiq ana olan azyaşlıdan yazdı

Faiq ana olan azyaşlıdan yazdı

"Zorla tədbiq olunan "Hamının fikrinə hörmətlə yanaşıram" prinsipi, mövcudluğu oksigen israfından başqa heç bir məna kəsb etməyənlərin ilhamlanıb, coşmasına səbəb olur, kütləvi cəzasızlıq sindromuna gətirib çıxarır".

OLAY yazır ki, bu sözləri Xalq artisti Faiq Ağayev sosial şəbəkədə yazıb.  Məşhur müğənni  bir neçə gündür ölkə gündəmini zəbt edən İmişlidə 11 yaşlı qızın atalığından övlad dünyaya gətirməsinə şərh verib:

"Nəticədə, inkişafı, düşüncəsi azyaşlı uşağ səviyyəsindən o yana keçməyən heyvanların cinayətlərinə elə seyrici kimi baxmalı oluruq. Ağzımız, əl-ayağımız da bağlı. Hamının fikrinə hörmətlə yanaşırıq axı..."