Olay
Olay

“Bir il boşandığımızı gizlətdik”

“Bir il boşandığımızı gizlətdik”

“Uşaqlarımın atasından  ayrılanda pis baxırdılar. Hətta bir il ayrılmağımızı gizli saxladıq. O da, mən də öz həyatımızı yaşadıq. Həmişə demişəm, deyəcəm də. Çox sağ ol ki, mənə belə gözəl balalar verdin”.

OLAY yazır ki, bu sözləri instaqram hesabında rəqqasə Rəna Ağamuradova (Renka) paylaşıb.

O, fikirlərinə bunları da əlavə edib:

“Boşanmış qadına Azərbaycanda “Dəhşət, boşandın, uşaqla səni alan, kimdi sənə yiyə duran deyirlər. Mənim özümə nə gəlib ki? O qədər zəifəm ki? Deyirlər ikinci dəfə uşaqla evləndin, utanmır, ərə gedir. Başa düşmədim mən adam deyiləm? 26-28 yaşlarında boşanmışam. Demək özümə “stop” qoymalıyam? Mən qadınam, qayğı, nəvaziş istəyirəm. Evdə divara mismar vurub, xırda işlərdə dəstək olmağını istəyirəm. “Vay, yazıq oğlan boşanmış qız alıb, ailəsi ondan imtina edib”, “Həyatı puç oldu”... Axı niyə? Biz xoşbəxt ola bilmirik? Niyə biz burnumuzu başqalarının həyatına soxmalıyıq?”.