Uzun müddətdir səhhətində problem olan meyxanaçı Kərim Novruzovun (Ağakərim) vəziyyətində bir dəyişiklik yoxdur.
Bu barədə OLAY-a onun sənət dostu Ağamirzə Məmmədov məlumat verib.
O bildirib ki, söz ustasının müalicəsi davam edir:
“Amma bir irəliləyiş görünmür. Mən xeyli vaxtdır yanına getmirəm. Gedəndə də salam verirəm, o da uzanmış olur. Haradasa 10 dəfə təkrar edəndən sonra cavab verir. Beş-üç dəqiqə baxıb qayıdıram. Otura bilmir, dura bilmir. Danışanda da başa düşülmür. Söz deyəndə o, səni anlamır, cavab vermir”.
Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. Ötən il isə yenidən insult keçirib.