Olay
Olay

Əməkdar artist TƏBİB-dən şikayətçidir - “Soyuqdan əsirik”

Əməkdar artist TƏBİB-dən şikayətçidir - “Soyuqdan əsirik”

“İki gündür nəvəmin səhhəti ilə bağlı müliacə alması üçün Ə.Qarayev adına 2 nömrəli uşaq xəstəxanasında qalıram. Çox təəssüf ki, xəstəxananın istilik şəraiti və sanitariya qaydaları yoxdur!”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial media hesabında yazıb. O, TƏBİB-ə müraciət edib:

“Mən TƏBİB-in səlahiyyətli şəxslərinə demək istəyirəm ki, siz isti kabinetinizdə rahat şəkildə oturmusuz, amma biz valideynlər körplərimiz ilə birlikdə xəstəxanada soyuqdan tir-tir əsirik! Bilmirik uşağının qayğısına qalaq, yoxsa soyuğun dərdini çəkək..

Harda görülüb ki, xəstəxananın yemək hazırlayanı həm sanitariya işlərinə baxsın, həm də gəlib xəstə körpələrə yemək paylasın? Virusun yayıldığı bu vaxtda, nə dərəcədə düzgündür?!

21- ci əsrdə yaşamağımıza baxmayaraq xəstəxanaya gedərkən özümüzlə birlikdə qızdırıcı aparmalıyıq?! Palatada qızdırıcıdan yanğın hadisəsi baş versə, 3-cü mərtəbədən özümüzü necə xilas edəcəyik?! Baş həkim başda olmaqla, bütün həkimlərdən razıyam. Amma bu soyuğa körpələr dözmür. Buz kimi su ilə, uşaqlar necə təmizlənsinlər?

Tək özüm üçün demirəm! Bu xəstəxanada çox sayda müalicə alan, imkansız ailələrin övladları var. Onların qayğısına qalmaq lazımdır! Əgər dediklərimin yalan olduğunu düşənən varsa, bütün mətbuat nümayəndələri gəlib xəstəxanada çəkiliş apara bilərlər”.