Olay
Olay

“Toyda gəlinin oynaması mütrüflükdü, ayıbdır”

“Toyda gəlinin oynaması mütrüflükdü, ayıbdır”

Azərbaycanın Xalq artisti, 94 yaşlı xoreoqraf-baletmeyster Roza Cəlilovanın Report-a müsahibə verib.

OLAY yazır ki, sənətçinin açıqlamaları müzakirə yaradıb.

Müsahibədən bir hissəni təqdim edirik:

- Roza xanım, əvvəlki rəqqaslarla indiki rəqqaslar arasında hansı fərqlər var?

- Mənim dövrümdəki rəqqas və rəqqasələr pulu yox, rəqsi, sənəti sevirdi. Amma indikilər pulu sevir. Gedirlər toylarda ucuzlaşdırırlar. O vaxtın rəqslərində lirika çox idi. İndiki rəqslərdə atlanıb-düşmək çoxdu.

- İndi rəqqas və rəqqasələri daha çox toylarda, şənliklərdə görürük. Bu, normaldır?

- Əgər ciddi adamdırsa, sənətkardırsa, rəqsi sevirsə, toya getmənməlidir. Bu dəhşətdir. Toyun öz kollektivi var. Toy adət-ənənə, şənlik, arzudur. Amma sənətkar rəqqasə pula görə toya getməz. Ancaq səhnədə olar. Toy meydanında yox. İxtiyarı yoxdur. Çünki toylarda içkili adamlar olur, rəqqas isə ciddi sənətlə məşğuldur. Mən heç öz qızımın toyunda oynamamışam. Çox xahiş etdilər, dedim "olmaz".

- Toylarda bəy-gəlinin milli rəqs etməsi artıq dəb halını alıb. Bunun üçün kurslara gedirlər. Milli rəqslərə bu cür münasibət göstərilməsinə necə baxırsınız?

- Əslində, yaxşı əlamətdi. Deməli gənclərimiz artıq başa düşürlər ki, milli xalq rəqslərimizi ifa etməyi bacarmalıdırlar. Çünki bu bizim mədəniyyətimizdir. Amma digər tərəfdən bəzən mənə zənglər olur. Deyirlər “Roza xanım bizə rəqs öyrədin”. Dedim ayıb olsun sizə. Bizim vaxtlarda toyda gəlin utandığından başını yuxarı qaldırmırdı. İndi çıxıb oynayırlar. Bu mütrüflükdü. Ayıbdı. Gəlin utanar. İndi ləzginka oynamaq istəyirlər. Başa düşürəm, müasir dövrdü. Ancaq gərək gəlinlər Uzundərə, İnnabı, Naz-naz oynasın. Yoxsa ləzginka, atdanıb düşmək olmaz. Belə şeyə normal baxmaq olmaz.