Olay
Olay

Xalq artisti düşdüyü ağır qəzadan danışdı

Xalq artisti düşdüyü ağır qəzadan danışdı

Xalq artisti Təranə Muradova qastrol səfərlərinin birində dəhşətli qəza keçirdiyini açıqlayıb.

OLAY yazır ki, sənətçi bu barədə “Onun sirri” proqramında danışıb.

O, deyib ki, hadisə Türkiyədə baş verib:

“Dövlət rəqs ansamblı ilə birgə səfərə getmişdik. Böyük kollektivimiz var idi. Türkiyəyə təyyarə ilə yollandıq, amma şəhərləri avtobusla gəzdik. Bu səfər çox önəmli idi. Rəqs ansamblının afişaları, reklamları asılmışdı. Türkiyənin o vaxtki Prezidenti də konsertə gəlməli idi. Biz həmin şəhərə dağların arası ilə gedirdik. Birdən eşitdik ki, qabaqda oturan “tormoz” deyə qışqırdı. Hamı bir tərəfə qaçdı. Mən də ikinci sırada otururdum, anladım ki, nəsə baş verir. Sonra bildim ki, biz qayadan düşəndə sürücünün “tormoz”u tutmayıb. Onda əlimi göyə açıb Allaha dua etdim. O qədər yalvardım ki.... Bu, 20 dəqiqə davam etdi. Çox insan huşunu itirmişdi. Avtobus daşa dəyib dayandı. Sürücüyə baxanda gördüm ki, qara saçları ağappaq oldu. Görün, o, necə şok keçirdi. Avtobusda 45 nəfərdən çox sənətçi əyləşmişdi, böyük bir tədbir olacaqdı. Ammma hamımız birdən yox ola bilərdik”.