“Övladım olmadığı üçün sevinirəm. Çünki indi ana sevgisi yoxdur”.
OLAY yazır ki, bu sözləri “Qonağım ol” verilişində müğənni Niyam Salami deyib.
O, söyləyib ki, indiki analarda hissiyat yoxdur:
“Uşağı dayə saxlayır. O kimdir? Uşağı sən dünyaya gətirmisən, insanlar var ki, illərlə övlad həsrətindədir. Görürəm, pampersi taxıb gəzdirir. 15-20 il əvvəldə qalıb bu fikir. İnsan o qədər yüklənib ki... Qadın da, kişi də bilmir necə yaşasın”.