Müğənni Gülay Zeynallının 10 yaşlı qızı Sahilə avtomobil idarə edib.
OLAY yazır ki, bununla bağlı sənətçinin həyat yoldaşı Kamil Zeynallı instaqramda məlumat yayıb.
Qızının maşın sürdüyü anları paylaşan Kamil bu sözləri yazıb:
“İctimai nəqliyyatın və insanların olmadığı, təhlükəsiz yerdə maşın sürürdük. Neçə aydır qızıma avtomobil idarə etməyi öyrədirəm. Xam deyil, narahatlığa səbəb yoxdur. On yaşlı qızımın fərasətinə maşallah olsun. Bir silah atmağı öyrənməyi qalıb. O da tezliklə”.