Aparıcı Azər Zahid tənqid olunduğu videoya görə qazi Amil Əliyevdən üzr istəyib.
OLAY yazır ki, o, qazini TikTok-da yayımlanan layihəsinə dəvət edib.
Onlar aralarında bir inciklik olmadığını bildirib. Sonra “Mənim hansısa ifadəmə görə inciklik olub. Amma mən səndən yenə də dönə-dönə üzr istəyirəm. Allah sənin canını sağ eləsin”, - deyə, Azər vurğulayıb.
Qeyd edək ki, Azər ötən gün yayılan videoda hər iki gözdən əlil qazi A. Əliyevə zərf uzadaraq “Sən açma onsuz da görməyəcəksən” deyib.