Olay
Olay

Dostunun yeni ayrıldığı sevgilisi ilə eşq yaşayır

Dostunun yeni ayrıldığı sevgilisi ilə eşq yaşayır

“Yargı” serialının ulduzu Kaan Urgancıoğlu yeni sevgilisi ilə görüntülənib.

OLAY yazır ki, aktyorun motosikletdə bir xanımla fotosu yayıldıqdan sonra bir sıra faktlar üzə çıxıb.

Belə ki, Urgancıoğlunun sevgilisinin yaxın dostlarından biri Doruk Tırmanın may ayında sevgi münasibətini sonlandırdığı Burcu Denizer olduğu anlaşılıb. Deyilənə görə, Kaanla Burcu iyun ayında öpüşərkən görülüb, ardınca birlikdə yoga dərslərinə gediblər. Bundan sonra Doruk həm keçmiş sevgilisini, həm də dostunu instaqramda silib. 

Cütlük bu münasibəti gizli saxlamağa çalışsa da, bu gün yayılan foto ilə ifşa olunub.

Qeyd edək ki, Kaan uzun müddət sevgili olduğu Zeyneb Oymakdan ötən aylarda ayrılıb.