Olay
Olay

Rüstəm özünə iş qurdu

Rüstəm özünə iş qurdu

Azərbaycanlı model və aktyor Rüstəm Cəbrayılov özünə yeni iş qurub.

OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

Yeni ofisindən foto paylaşan Rüstəm bu sözləri qeyd edib:

“Dövlət lisenziyalı işə düzəltmə mərkəzi, rəhbəri də özüməm. Fəhlə sənətindən tır sürücüsünə kimi, modellik sahəsindən hüquq məsələlərinə qədər kimə kim və nə lazım olsa, xidmətinizdəyik. Tam şəffaf və qanunlar çərçivəsində. Hər sahədən kifayət qədər işçi qüvvəmiz var. 2-3 ildən bir düşən bir filmlə yaşamaq olmaz , ciddi işlərlə məşğul olmaq lazımdır. Uğurlar hər kəsə”.