Olay
Olay

“Sizə korona da azdır, acından öləcəksiz”

“Sizə korona da azdır, acından öləcəksiz”

“Təsadüfən bir video gördüm. Orada heyvanın başından vururlar. Nə qədər şərəfsiz insanlar yaşayır bu cəmiyyətdə. Sizin kimilərə hələ korona azdır. Bundan betəri olacaq, acından öləcəksiz, həmin vurduğunuz heyvanın yeməyinə möhtac qalacaqsınız”.

OLAY yazır ki, bu sözləri stilist Anar Ağakişiyev Sabirabad rayonunda tülkünü başından vuraraq öldürməyə çalışan şəxslər haqda deyib.
O, həmin görüntüləri izlədikdən sonra qəzəbləndiyini söyləyib:

“O heyvanın dili-ağzı yoxdur. Onu nə cür vurub, belə rəftar edə bilərsiz? Tərbiyəsizlər. Videoya baxa bilmədim ki, paylaşım. Dilsiz bir heyvanı başından vurur. Ona görə də təəccüblənməyin. Elə korona da olacaq, betər gündə olacaqsız. Allah sizə bu dünyada cəhənnəmi yaşadacaq. Siz düşüncəsiz, tərbiyəsizsiniz. Bəzən sizinlə eyni cəmiyyətdə yaşadığım üçün utanıram. O videoya baxa bilmirdim, köməkçimdən xahiş etdim ki, paylaşsın. Fərq etmir, it, pişik, ya da tülkü, ilan belə olsa, heyvanla elə rəftar etmək olmaz. Sonra da deyirsiz ki, təbiət bizə qarşı niyə belədir”.