Olay
Olay

Çingiz “Altın Kelebek”dən imtina etdi

Çingiz “Altın Kelebek”dən imtina etdi

Müğənni Çingiz Mustafayev “Altın Kelebek” mükafat mərasimində iştirak etməyəcək. 

OLAY yazır ki, bu barədə sənətçi instaqramda məlumat yayıb. 

““Altın kelebek” mükafatlandırma gecəsində müəyyən səbəblərə görə iştirak etməyəcəm. Bu tədbir haqda çox məlumatım olmayıb, heç baxmamışam. Bilirdim ki, yüksək səviyyədə keçirilən tədbirdir. Bu gün də belə fikirləşdiyimi deyə bilmərəm. Bəzi məsələlərdən gec xəbərdar oldum. Məni məyus etdi. Digər iştirakçılara, gənclərə uğurlar arzulayıram", - deyə Çingiz bildirib.