Olay
Olay

“Kelebek”in ilk ulduzları seçildi- Azərbaycan siyahıda yoxdur

“Kelebek”in ilk ulduzları seçildi- Azərbaycan siyahıda yoxdur

Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlarına namizədlərin adlarının açıqlanmasına sayılı günlər qalıb.  

OLAY yazır ki, 27 sentyabrdan start götürən səsvermə oktyabrın 8-də bitəcək və müxtəlif kateqoriyada yer alan məşhurların adları açıqlanacaq. 

47-ci dəfə reallaşacaq tədbirdə yer alacaq ilk namizədlərin adları açıqlanıb. Gənc aktrisalar Ahsen Eroğlu, Cemre Baysel və Melis Sezen “Ulduzu parıldayanlar” kateqoriyası üzrə qalib olublar. 

Onlar dekabrın beşində baş tutacaq möhtəşəm gecədə mükafatlarına sahib olacaqlar. 

Tədbirin rəsmi internet portalında isə “Azərbaycanın ən parlaq ulduzu” kateqoriyası barədə məlumat verilməyib.  

Qeyd edək ki, nüfuzlu mükafat tədbirində 2017-ci ildən “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası tərtib olunub.

Xalq artisti Aygün Kazımova 1, Xalq artisti Röya Ayxan isə 2 dəfə sözügedən mükafatı qazanıb.  

Xatırladaq ki, qalib 70 faiz xalq, 30 faiz isə münsif səsverməsi əsasında müəyyənləşəcək. Hər il olduğu kimi yenə jüridə film, musiqi və televiziya dünyasının parlaq simaları yer alacaq.