Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatına namizəd olan azərbaycanlı məşhurların adları açıqlanıb.
OLAY-ın əldə etdiyi məlumata görə, “Azərbaycanın parlayan gənc ulduzu” nominasiyası üzrə səsverməyə iştirak edəcəkmüğənnilər Çingiz Mustafayev, Çinarə Məlikzadə, Ayaz Babayev, Hiss və Nahidə Babaşlıdır.
Azərbaycanla bağlı yalnız bu kateqoriya müəyyənləşdirilib və onlayn səsvermə 3 saat sonra aktivləşəcək.
Qeyd edək ki, nüfuzlu mükafat tədbirində 2017-ci ildən “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası tərtib olunub.
Xalq artisti Aygün Kazımova 1, Xalq artisti Röya Ayxan isə 2 dəfə sözügedən mükafatı qazanıb.