Olay
Olay

Kitabı Azərbaycanda qadağan olunan Arda Ereldən reaksiya

Kitabı Azərbaycanda qadağan olunan Arda Ereldən reaksiya

Məşhur türk yazar Arda Erel  “Annemin bilmediği her şey” kitabının Azərbaycanda qadağan olunmasına reaksiya verib.

OLAY yazır ki, A. Erel bu barədə instaqramda post paylaşıb. 

 Yazıçı ona qarşı edilən hərəkəti qınayıb:

“Yeni romanım artıq Azərbaycanda satışa çıxardılmır. Bu qərarı böyük bir hüzün və əsəblə paylaşıram. İnsan haqlarını önəmsəyən bir yazar olaraq, dünyanın hər yerində müharibələrə qarşı olmağım, “müharibəyə yox” deməyimin cəzası kitabımın qadağan edilməsidir? Bu qərarımla məni oxuyucularımdan ayıran aidiyyəti qurumların hamsını qınayıram!”

Eyni zamanda Erel bildirib ki, savaşlar dialoqla həll edilməlidir, silahlarla yox:

“Mənə bunu edənləri, heç bir insanın 21-ci əsrdə müharibə etməməsini istədiyim üçün senzura tətbiq edənləri bağışlamayacam! Kitab yazmağı və fikirlərimi paylaşmağı həmişə davam etdirəcəm. Dünyadakı bütün müharibələr beynəlxalq müqavilələrlə, danışıqlarla həll edilməlidir, silahlarla yox!”.