Müğənni Aynur Dadaşovanın sosial şəbəkələrdə müzakirə yaradan görüntüləri yayılıb.
OLAY yazır ki, paylaşılan kadrlarda avtomobil idarə edən Dadaşovanın qəfil dayanıb süpürgəçi ilə rəqs etdiyi anlar yer alıb.
Belə ki, Dadaşova yolda türk müğənni Davut Güloğlunun mahnısı “Nurcanım”ın sədaları altında oynayıb. Həmin video instaqram səhifələrində paylaşılıb. Kimisi Aynurun bu addımını bəyənsə də, kimisi tənqid edib.