Olay
Olay

“Adamın gülməyi gəlir” - Oriyental rəqs qalmaqalı

“Adamın gülməyi gəlir” - Oriyental rəqs qalmaqalı

Rəqqasə Fatimə Fətəliyevanın oriyental rəqs barədə söyləydiyi fikirlər müzakirələrə səbəb olub

OLAY yazır ki, tanınmış sima instaqram canlı yayımında çıxış edərkən “oriyental rəqsi özümə yaraşdırmıram. Ümumiyyətlə, Azərbaycan xanımına yaraşdırmıram”,- şərhini verib. 

Hazırda oriyental rəqs ilə məşğul olan Aytən Əliyeva və Renka (Rəna Ağamuradova) Fatimənin fikirlərinə münasibət bildirib. 

OLAY-a danışan A. Əliyeva həmkarının sözügedən rəqs növü ilə sənətə gəldiyini bildirib:

“Fatimənin o sözü dediyinə qulağımla eşitməsəm, inanmaram. Çünki onun özü ilk dəfə oriyental rəqs oynayıb. O ki qaldı rəqs, geyim əxlaq göstəricisi deyil... Azərbaycanda bu “vastoçnaya” rəqs olduğu üçün bir az qəbul olunmaya bilər. Amma çox sevilir. Ən gözəl, dəbli, sanballı  toylarda,  xınalarda rəqqasələr çıxış edir. Onun o sözünə nə demək olar ki? Adamın gülməyi gəlir. Axı o da bu rəqslə çıxıb. Videoları da var. Hamımızın videoları yutubda yer alıb. Yəni kiminsə nəyisə gizlətməyə çalışması mümkün deyil. Fatimə də gizlətməyib. Həmişə deyib ki, əvvəllər oriyental oynayıb. İndi başqa rəqsə keçib. Mən isə dörd ildir hansısa bir məclisə getmirəm. İkinci biznesimlə məşğulam. Bunun səbəbi rəqqasəyə verilən pulun məni qane etməməsidir. Yoxsa kiməsə pis baxırlar deyə yox”.

Renka isə bunun Fatimənin öz düşüncəsi olduğunu söyləyib:

“Kiminsə fikrinə qarşı çıxası deyiləm ki, belə düşünmə. İnsandır, özü bilər, şəxsi fikridir. Mənim də düşüncəm kiminsə xoşuna gəlməyə bilər. Mən qalmaqal sevmirəm. Kiminsə mənim haqqımda nəsə deməsi vercimə deyil. Öz həyatımı yaşayıram, kim nə düşünür düşünsün. Başımı aşağı salıb işimi görürəm”.