Nazilə Səfərli rəqqasə Fatimə Fətəliyevanı məhkəməyə verib.
OLAY yazır ki, şairə bu barədə Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” verilişində danışıb:
“Məhkəməyə vermişəm. Ona şans verdim, gərək üzr istəyərdi. Çünki belə də üzr istəyəcək, indi bir də təzminat ödəyəcək. Yaxşı təzminatdır. Söhbət ondan gedir ki, soğan yeməmisən için niyə göynəyir? Səhifə mənimdir, beynim dönüb monoloq yazmışam, onu niyə özünə götürmüsən?”.
Qeyd edək ki, N.Səfərli İnstaqramda “Bir rəqqasə reklam etdiyim məkana zəng edib, qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz. Kor-kobud şairəni reklama çağırırsınız. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə incə qala bilməmişik, kor-kobuduq. Demək istərdim ki, ağır ol, amma elə olsan, “dingildədiyin” masalar qırılar. Bağışla” sözlərini yazmışdı.
F.Fətəliyeva isə sənətçinin ünvanına sərt fikirlər səsləndirmişdi:
“Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan yadına sal. Mən ərəb rəqsi oynayıb ailəmi saxlayıb, uşaq böyütmüşəm.
Bundan əvvəl salonumdakı işçiləri pislədi ki, heç kim ora gəlməsin, niyə dinc dayanmırsan, sənin adını çəkən var? Efirdə soruşurlar, deyirəm, Nazilənin ürəyində kin yoxdur, niyə barışmıram. Sən demə, Nazilənin ürəyində ilanlar var imiş.
Məni xınaya çox dəvət edirlərsə, mənim günahımdı? Durub yazırsan, rəqqasəni stoldan qovdular, yiyəsizdir. Mən Fətəliyev nəslindənəm, maraqlan, araşdır. Sən də haradan gəlmisən yadına sal. Necə gəlməyin örtüldü?
Nə at üstünə minmisən, camaatı heç nə edirsən? Sənin nəsə deməyinlə mən kiminsə gözündən düşmürəm. Yadına sal ki, xonça evimə gəlib gecə ərəb rəqsi paltarı aldın. Gecə hara gedirdin? Ərəb rəqsi oynasam da qız uşağı böyütmüşəm. O günü az gördüm, şükür. O vaxt oynayanda xəcalət çəkmişəm, utanmışam. Anam evdə ağlayırdı, bu bayram günü göz yaşım yerdə qalmayacaq. Allah hamının ürəyinə görə versin. Mən qız, oğul anasıyam. Hamı bilir necə qız böyütmüşəm, necə ailədə böyümüşəm, mənimlə işin olmasın. Get, öz qabına bax gör, ərim deyə-deyə nə oyundan çıxırsan”.