Olay
Olay

Pulu göndərsə də, konsertinin görüntülərini ala bilmir

Pulu göndərsə də, konsertinin görüntülərini ala bilmir

Xalq artisti Brilliant Dadaşova  sosial şəbəkə hesabında Rusiyadakı konserti barədə paylaşım edib.

OLAY yazır ki, sənətçi “Küçələrə su səpmişəm” mahnısını ifa edib. Dadaşova bildirib ki, qonorar versə də görüntüləri ona təqdim etməyiblər:

“Moskvada yaşayan və Azərbaycanı görmədən musiqimizə böyük rəğbət bəsləyən pianoçu-bəstəkar, cazmen Stanislav Pinxasovla Moskva konsertimdən ekspromt. O, mənim heyranım olduğunu deyib, müşayiət etməyi xahiş etdi. Mən də məmnuniyyətlə ifa etdim. Böyük kütlə artıq belə musiqiləri dinləməsə də, biz onu qoruyacayıq. Söz versələr də, Moskva konsertimdən görüntüləri bizə vermədilər və əlimizdə sadəcə telefonla çəkilmiş az görüntü var. Halbuki, böyük bir yaradıcı çəkiliş heyəti çalışırdı. Qonorarlarını da təşkilatçı xanıma yolladım. Amma xəbər çıxmadı ki, çıxmadı…”.