Olay
Olay

“Heç kim heç kimin vecinə deyil”

“Heç kim heç kimin vecinə deyil”

Müğənni Səmra Rəhimli İnstaqramda izləyicilərinin suallarını cavablandırıb.

OLAY yazır ki, sənətçi “Digərlərinin sözünə görə estetik etdirmək düzgündür” sualına isə belə cavab verib:

“Başqalarının sözü ilə nəinki əməliyyat, heç nə etmək lazım deyil. İnanın mənə heç kim, heç kimin vecinə deyil. Siz də onları dinləyəcək qədər önəmli bilməyin.

Bir gün xarici görünüşünüzü bəyənməyəcəklər, o biri gün xarakterinizi, sonra danışığınızı, yemək yeməyinizi, çayı üfürüb içməyinizi və daha nələr...

Çünki insanları qane etmək üçün yaşamağı seçsəniz, hər gün deməyə söz tapacaqlar. Özünüz istədiyinizi edin, kimsə istəyir deyə yox, bu, əməliyyat belə olsa...”.