Olay
Olay

“Çox ucuzsunuz!” - Cavidandan Xalq artistinə

“Çox ucuzsunuz!” - Cavidandan Xalq artistinə

Xalq artisti Naibə Allahverdiyeva və aktyor Cavidan Novruz arasında qalmaqal yaşanıb.

OLAY yazır ki, buna səbəb aktrisanın “Komedixana” verilişini tənqid etməsi olub.

Novruz rol aldığı layihəninin müdafiə edib:

“Vallah, “Komedixana” nə qədər bu sənətdə olan adamların “gözünə girir”? Fikir verirəm ki, cavanlıqda uğur qazana bilməyənlər indi bizə söz atır. İndi də “Tomka Maçi” sözləri ilə məşhurlaşan sənətkar nəsə deyir. Eybi yox, onun nəsə deməsi elə də təsir etmədi, amma bunu da deyim. Çox ucuzsunuz, çox! Sizə elə “moment” lazım imiş. Heç cür yaşınızla, uğursuzluğunuzla barışa bilmədiniz! Müdrikləşə bilmədiniz! Çox təəssüf! Bunları ümumi dedim”.

Qeyd edək ki, N. Allahverdiya Yenisabah”a olan müsahibəsində hazırkı komediya verilişləri ilə bağlı sərt fikirlər bildirib:

“Məni televiziyalara dəvət etsələr də, getmirəm. Çünki bəzi insanlarla bir efirdə olmaq istəmirəm. Onların tamaşaçılara xeyri nədir ki? Gəncliyə faydası olan, onları düşündürən heç nə yoxdur. Əvvəllər hər şey fərqli idi”.

Aktrisa həmçinin deyib ki, komediya aktyorlarının çoxu vətəndaşları təhqir edir:

“Çox şit hərəkətlər edirlər. Vətəndaşları təhqir etməklə məşğuldurlar. Komediya cəmiyyətimizdə olan çatışmayan cəhətləri göstərmək üçündür, lakin, bu sənə insanları təhqir etmək üçün bəraət qazandırmır. Belə olmaz. Bu komediya deyil, başqa şeydir. İncəsənət başqa bir aləmdir. Onlar isə sənətini satır”.